Daha iki ölkədə COVID-19-un təhlükəli forması aşkarlandı
İsveçdə koronavirusun yeni ştamına bir yoluxma aşkar edilib.
Sehiyye.info xəbər verir ki, bu barədə İsveç səhiyyəsinə istinadən “Reuters” agentliyi bildirib.
COVID-19-un yeni variantı Böyük Britaniyadan Milad bayramını bu ölkədə qeyd etmək üçün İsveçə gəlmiş səyahətçidə aşkarlanıb.
Virusa yoluxmuş şəxs təcrid olunub. Qeyd edilir ki, bundan başqa koronavirusun yeni ştamına yeni yoluxma hələ qeydə alınmayıb.
İspaniyanın “El Mundo” qəzeti də öz növbəsində COVID-19-un yeni növünə dörd yoluxma halının üzə çıxarılması haqqında bildirib.
Nəşrin informasiyasına əsasən, virusa yoluxmuş üç şəxs bir ailənin üzvləridir. Bunlar ər, arvad və onların qızıdır. Onların hamısının bu yaxınlarda Britaniyadan gəlmiş qohumlarından virusa yoluxduqları güman edilir. Yaşca cavan insan qayıdışından sonra test verib və yoluxma aşkarlanıb. Daha sonra xəstəxanaya yoluxma simptomları ilə onun ailə üzvləri müraciət ediblər və onlarda “Britaniya ştammı" aşkarlanıb.
Ekspertlər bildirirlər ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.//report