sehiyye.info

“Nu” variantı çaxnaşma yaratdı: sərhədlər bağlanır

“Nu” variantı çaxnaşma yaratdı: sərhədlər bağlanır
Koronavirus epidemiyasının “Ən mutasiyaya uğramış variantı” olaraq da bilinən “nu” versiyası həm rəsmiləri, həm də elm adamlarını narahat etməyə davam edir. Yeni növün aşkarlandığı ölkələr “qırmızı siyahı”ya salınıb və bəzi dövlətlər sərhədlərin bağlanmasına qərar verib.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, alimlər rəsmi olaraq B.1.1.529 kimi tanınan “nu” variantı ilə bağlı açıqlama veriblər. Xəstəliklərin sayı az olsa da, yeni variant dövlətləri qərarlar verməyə məcbur edir.

Belə ki, Böyük Britaniya “nu” variantının ölkəyə yayılmasının qarşısını almaq üçün Cənubi Afrikaya uçuşları dayandırmağa qərar verib. Səlahiyyətlilər yayılan versiyanı dərin narahatlıqla izlədiklərini bildiriblər. Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb ki, bu, indiyə qədər izlədiyimiz ən narahatedici variantdır: “ “Delta” variantından daha çox narahatlıq doğurur və bütün dünyada yeni koronavirus dalğalarına səbəb ola bilər”.

Britaniyanın “The Times” qəzeti Səhiyyə naziri Sacid Cavidin Botsvana, Namibiya, Zimbabve, Lesoto və Esvatini (keçmiş Svazilend) ölkələri ilə birlikdə Cənubi Afrikanı “qırmızı siyahı”ya salmağa hazırlaşdığını yazıb.


“Nu” variantının mutasiyalarını araşdıran elm adamları onun daha davamlı olduğunu və daha sürətli yayılma ehtimalını diqqətə çatdırıb. Alimlər “Nu” variantında “beta” variantındakı K417N və E484A mutasiyalarının aşkar edildiyini və onların peyvəndə müqavimət göstərdiyini açıqlayıb. Bu mutasiyalar həm də antikorlardan yayınmağa xidmət edir.

Digər tərəfdən, mütəxəssislər P681H və N679K mutasiyalarının da aşkar edildiyini və bu mutasiyaların peyvəndlərə müqavimət göstərdiyini bildiriblər.



REKLAM