sehiyye.info

“Boşanma dünyanın sonu deyil, amma faciədir” - Günel Səfərova

“Boşanma dünyanın sonu deyil, amma faciədir” - Günel Səfərova
Azərbaycanda boşanma sayının artması və bunun səbəbləri üzərində baş sındırmalarda mövqeylər həmişə haçalanır. İddialardan biri də odur ki, ailələri əsasən ali təhsilli qızlar dağıdır. Yəni diplomlu gənc qızların öz ayaqları üstündə dayanma bacarəğə, yəni iqtisadi müstəqilliyi boşanmalara əsas səbəb kimi göstərilir. Bu fikri dəstəkləyən ekspertlərin fikrincə, nikaha girən iqtisadi asılılıq qadını ərinə daha çox bağlayır, ailəni möhkəmləndirir.

Vətəndaş Tədqiqat Birliyinin sədri Günel Səfərova Yenisabah.az-a açıqlamasında deyib ki, təhsilli olmaq qadına hüquqlarını qoruma şəraiti yaradır:

“Hüquqlarını qoruma mexanizmini bildiyinə görə qadın ailədaxili zorakıllıq faktlarına qarşı çıxır. Qorunma mexanizmində üsullardan biri boşanmadır”.

G.Səfərovanın sözlərinə görə, müasir həyat sürətli tepmdə olduğundan insanların dözümü azalır:

“Düşünürlər ki, niyə bir dəfə verilən ömürü dözməklə keçirtməliyəm. Əvvəlki dövrlə müqayisədə boşanan insanlara baxış da bir qədər dəyişib. Hamı başa düşür ki, boşanma dünyanın sonu deyil.

Boşanma statistikası həmişə nikah sayı ilə müqayisə olunmalıdır. 130-150 minlik nikaha daxil olma varsa, 15 mini boşanmadısa, bəli, bu, Azərbaycan tipli ölkə üçün böyük rəqəmdir. Amma sözsüz ki, dünyanın sonu deyil. Sadəcə bunu ciddi araşdırmaq lazımdır. Çünki Azərbaycanda boşanma hələ də faciə sayılır”.



REKLAM