sehiyye.info

Həkim-ginekoloq: "Analar körpəsini əmizdirərkən maska taxmalıdırlar"

Həkim-ginekoloq: "Analar körpəsini əmizdirərkən maska taxmalıdırlar"
"COVID-19-a yoluxan qadından döl azad olunandan sonra körpə anaya əmizdirmək üçün verilmir. Hətta koronavirusa yoluxmayan anaların belə körpəsini əmizdirərkən maska taxılması tələb olunur”.

Sehiyye.info xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova "TƏBİB məsləhəti” proqramında deyib.
O qeyd edib ki, koronavirusa yoluxan anaların körpələrinə süd verilməsi tövsiyə edilmir.

Həkim-ginekoloq xatırladıb ki, virusun yeni ştamları yaranıb və ona görə də hamilələrin vaksinasiya prosesində iştirakı mütləqdir: "Hamilələr 3-cü ayından sonra peyvənd oluna bilərlər. Hamilələr vaksin seçimində azaddırlar”.

T.Həsənova qadınlara müraciət edib: "Qadınlar plansız şəkildə hamilə qalmasınlar. Vaksinasiya prosesindən müəyyən qədər vaxt keçdikdən və analizlər verdikdən sonra hamilə qalmağı planlaşdıra bilərlər. Hamilə qalsalar belə mütləq şəkildə mütəmadi həkim nəzarətində olmalıdır. Vaksin olunmayan qadınların hamiləliyin necə keçməsi çətin ola bilər”.//qaynarinfo



REKLAM