sehiyye.info

Arıqlama çayları, yoxsa ölüm mənbəyi?-ŞOK ziyanları

Arıqlama çayları, yoxsa ölüm mənbəyi?-ŞOK ziyanları
Bir çox qadın arıqlamaq arzusunu reallaşdırmaq üçün daha asan üsullara əl atır. Onlardan biri də pəhriz çaylarından istifadə etməkdir. Mütəxəssislər isə pəhriz çaylarının sağlamlığa zərərli olduğunu bildirirlər.

Sehiyye.info tabloid.az-a istinadən bildirir ki, əslində pəhriz çaylarının əsas xüsusiyyəti maddələr mübadiləsisinin işini sürətləndirməkdir.

Araşdırmalar göstərib ki, keyfiyyətli məhsul istehsal edən firmaların pəhriz çayları həqiqətən də arıqladır. Belə çaylar maddələr mübadiləsini sürətləndirməklə yanaşı, kalorilərin daha tez xərclənilməsinə və bədənin yağ itirməsinə səbəb olur.

Ancaq təəssüf ki, pəhriz çaylarının bir çox əks təsirləri var. Onlardan birincisi, demək olar ki, pəhriz çayları içən hər kəsin müşahidə etdiyi yorğunluq, halsızlıq və yuxu problemləridir. Bu problemlərə pəhriz çaylarının tərkibindəki kofein səbəb olur.

Belə çaylar sidikqovucu xüsusiyyətə malik olurlar. Ona görə də pəhriz çayı içən şəxs gün ərzində 2-3 litr su içmədikdə, susuzluqdan qaynaqlanan halsızlıq ilə üzləşməli olur.

Pəhriz çaylarının başqa zərərli tərəfləri də var:

*Ürək döyüntüsünün sürətlənməsinə və tənginəfəsliyə səbəb olur.

*Mədə ağrısına səbəb ola bilər.

*Baş gicəllənməsi müşahidə edilir.

*Ürəyin ritminin pozulmasına gətirib çıxarır.

*İshala səbəb olur.

*Zehni qabiliyyəti aşağı salır.

*Həddindən artıq içildikdə həzm problemlərinə səbəb olur.

*Bağırsağın florasını məhv edir və bu da gələcəkdə bağırsaq xərçənginə yaxalanma riskini artırır.

Sonda onu da qeyd edək ki, tədqiqatlar zamanı məlum olub ki, orqanizm bir müddət sonra pəhriz çaylarına öyrəşir və 3-4 ay mütəmadi olaraq istifadə edən şəxslər artıq çayın arıqlamağa heç bir köməyi olmadığını müşahidə edirlər.



REKLAM