sehiyye.info

Qoz-fındığı yeməzdən qabaq niyə islatmaq lazımdır?

Qoz-fındığı yeməzdən qabaq niyə islatmaq lazımdır?
Mütəxəssislər hər gün bir neçə ləpə çərəz yeməyi tövsiyə edirlər.

Lakin yeməzdən əvvəl çərəzləri mütləq islatmaq lazımdır.

Sehiyye.info xəbər verir ki, çərəzlərin tərkibində olan fitin turşusu dəmir, sink və s. mineralların mənimsənilməsinə mane olur.

Lakin islatdıqdan sonra fitin turşusu neytrallaşır və mənimsəmə prosesinə mane olmur. Nəticədə orqanizm daha çox faydalı maddə almış olur.

Mütəxəssislər çərəzləri yeməzdən əvvəl axşamdan səhərə kimi islatmağı, səhər isə axar suda yumağı və qurutmağı tövsiyə edirlər. Buna səbəb tərkibindəki aflotoksinlərin aradan qaldırılmasıdır. Qalan suyu içməməli, atmalısız. (saglamolun.az)



REKLAM