Qara düyü (yabanı düyü) və onun faydaları
Qara düyünün ağ düyü ilə heç bir əlaqəsi yoxdur. Qara düyü su sisaniyası adlı bitkinin toxumlarıdır. Su sisaniyaası sulu və bataqlıq bölgələrdə bitən, 1,5-3 metr hündürlüyə qədər qalxa bilən bitikidr. O düyü ilə qohumluq əlaqəsi olan bitkilərdəndir.`
Qara düyünün baha satılmasının səbəbi onun qida dəyərinin yüksək olması və çətinliklə əldə edilməsidir.
Qara düyü əllə yığılır. Onu yığmaq üçün iki adam məşğul olur. Onlardan biri qayıqda oturaraq xüsusi ağac vasitəsilə suyun altında olan bitkini silkələyib qoparmağa çalışır, digəri isə qayığın altından həmin qopan budaqları toplayır. Bu sahə üzrə ən yaxşı mütəxəssis bir saatda 10 kq məhsul yığa bilir. Qara düyü çox sərt olur, buna görə də onu bişirməzdən əvvəl bir-neçə saat suda saxlamaq lazımdır. Qara düyü uzun və nazik olur. Adətən qara düyünü kişik paketlərdə satırlar. Ən iri qara düyü paketi isə 450 qram olur. Bunu səbəbini idxalçılar qara düyünün baha olması ilə izah edirlər. Qara düyünün tərkibində az miqdarda yağ var. Bu qida orqanizm tərəfindən asan sorulur. 100 qram qara düyünün tərkibində 100 kalori var. Mütəxəssislər piylənmədən əziyyət çəkələrə gün ərzində az miqdar qara düyü yeməyi məsləhət bilir.
Qara düyünün faydalı tərkibi
Yabanı düyünin tərlkibi faydalı maddələrlə zəngindir. Onun tərkibində zülallar, amin turşuları, B qrup vitaminləri, fol turşusu, minerallar, çoxlu miqdarda maqnium, fosfor, sink, marqans var. Onun tərkibində olan minerallar və fol turşusu orta yaşlı orqanizmin onlara olan ehtiyacını ödəyə bilir. Qara düyünün tərkibində kalsium, dəmir, yod, metionnin, lizin və treonin var. Onun tərkibində olan preteinin miqdarı əzələlərin güclənməsinə səbəb olur. Adi düyüdən fərqli olaraq qara düyünün tərkibində natriumun miqdarı çox azdır. Onun tərkibində 18 növ amin turşusu var. Onun faydalı tərkibi olsa da özünəməsxus 2 mənfi cəhəti var. Bunlardan birinci onun çox baha, ikincisi isə onun planetin çox az yerində yetişməsidir. Onu bişirməzdən əvvəl mütləq suda saxlamaq lazımdır. Sonra 1 stəkan düyünü 3 stəkan suda qaynatmaq lazımdır. Bu zaman suya duz və yağ əlavə edilməlidir. Bu zaman qazanın qapağını 40 dəqiqə açmamaq lazımdır. Düyü orta istilikdə bişdikcə həcmini 3 dəfə artırır. 1 stəkan qara düyü 3 stəkan qaynar suya salınır və qazanın qapağı örtülərək 1 saat saxlanılır. Bu zaman düyü əvvəlcədən mütləq suda saxlanılmalıdır. Suya az miqdar duz və yağ əlvə edilməli qazanın üstü isə isti dəsmalla örtülməlidir.
Qara düyünün zərərli xüsusiyyətləri
Yabanı düyünün zərərləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib.(İmmunitet)