Ürək əməliyyatı keçirənlər vaksin vurdura bilərmi?
"Bütün növ (açıq və qapalı) ürək və damar əməliyyatı olunmuş şəxslər koronavirus əleyhinə peyvənd oluna bilər”.
Sehiyye.info xəbər verir ki, bunu Mərkəzi Klinikanın ürək-damar cərrahiyyə bölməsinin baş həkimi, ürək-damar cərrahı Kamran Musayev deyib.
Professor onu da əlavə edib ki, ürək və damar xəstəliyindən əziyyət çəkən xəstələr də peyvənd olunmalıdır:
"Bütün ürək və damar xəstələri mütləq peyvənd olunmalıdır. Çünki əsas risk qrupuna aiddirlər”.