sehiyye.info

Azərbaycan cərrahları Nyu-Yorkun Mount Sinai Xəstəxanasının Ürək mərkəzində ürək əməliyyatlarında iştirak ediblər

Azərbaycan cərrahları Nyu-Yorkun Mount Sinai Xəstəxanasının Ürək mərkəzində ürək əməliyyatlarında iştirak ediblər
ABŞ-ın Nyu-York şəhərində “ABŞ Ürək Cəmiyyəti”nin təşkilatçılığı ilə keçirilən konfransa 48 ölkədən 340 mütəxəssis iştirak edib. Konfransda Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ürək-damar cərrahı Anar Əmrah iştirak edib.

RMDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ürəyin işemik xəstəliyi və miokard infarkt dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklərdir. Ona görə də konfransda dünyanın bu sahədə aparıcı mütəxəssisləri, ekspert və alimləri həmin xəstəliklərlə əlaqədar mövzularda məruzələr edib və müzakirə aparıblar.

Onu da qeyd edək ki, mərkəzin ürək-damar cərrahları Anar Əmrah və Eldar Vəliyev Nyu-York şəhərində yerləşən Mount Sinai Xəstəxanasının Ürək mərkəzində on gün ərzində aparılan müxtəlif ürək əməliyyatlarında iştirak ediblər.



REKLAM