Bakıda nəvə nənəsini XƏSTƏXANALIQ ETDİ

Bakının Suraxanı rayonunda məişət zəminində döyülmə hadisəsi baş verib.
Arasdırma.info xəbər verir ki, hadisə Hövsan qəaəbəsində qeydə alınıb.
Belə ki, 1949-cu il təvəllüdlü Şükürova Ulduzə Cəmşid qızı bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
O, nəvəsi tərəfindən döyüldüyünü iddia edib.
Fakt araşdırılır.//APA