Bakıda 15 gün əvvəl xəsarətlə xəstəxanaya yerləşdirilən şəxs ölüb
Bakıda ölüm hadisəsi baş verib.
Sehiyye.info xəbər verir ki,Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu sentyabrın 22-də Suraxanı rayon ərazisində aldığı baş-beyin travması ilə xəstəxanaya yerləşdirilib. 15 gün komada qalan Y. Bayramov bu gün səhər saatlarında ölüb.
Faktla bağlı araşdırma aparılır.APA