sehiyye.info

Bu ölkədə yeni epidemiya başladı

Bu ölkədə yeni epidemiya başladı
Konqo Demokratik Respubliksının Maniema əyalətinin qubernatoru Affani İdrissa Manqala bu il 450-dən çox qızılca xəstəliyinin qeydə alındığını açıqlayıb.

Sehiyye.info bu barədə xarici mətbuata istinadən xəbər verir.

"2021-ci ilin onuncu həftəsindən bu günə kimi Kunda Sağlamlıq Bölgəsində 458 qızılca xəstəliyi və bununla əlaqəli 17 ölüm qeydə alınıb. Milli Biotibbi Araşdırmanın Təhlili İnstitutu epidemiyanı təsdiqləyib”, - o deyib.

Maniema əyalətini qızılca epidemiyası zonası elan etdiklərini bildirən Maqala milli və beynəlxalq səhiyyə qurumlarının dəstəyinə ehtiyac duyduqlarını qeyd edib.

Qeyd edilir ki, ölkədə tibb bacılarının tətili zamanı qızılca epidemiyasının ortaya çıxması narahatlıq yaradıb.



REKLAM