sehiyye.info

Ukraynada qızılca xəstəliyi “can almaq”da davam edir

Ukraynada qızılca xəstəliyi “can almaq”da davam edir
Ukraynada qızılca xəstəliyindən 5 yaşlı uşaq ölüb. Bu barədə AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir. Məlumata görə, uşaq qızılcaya qarşı vaksinasiya olunmayıb.

İlin əvvəlindən Ukraynada qızılca xəstəliyindən 40 nəfər ölüb. Ümumilikdə, hesabat dövründə 115 mindən artıq insan qızılca xəstəliyinə tutulub.

Nazirlik bəyan edib ki, ölkədə qızılcaya qarşı Belçika və ABŞ-dan kifayət qədər vaksin gətirilib. Uşaqlar təkcə bir dəfə yox, ikinci dəfədə qızılcaya qarşı vaksinasiya olunmalıdır. Ölkədə istər uşaqlar, istərsə böyüklər üçün vaksin ödənişsizdir.



REKLAM