sehiyye.info

Koronadan qorunmaq istəyirdi, ömürlük xəstəlik qazandı

Koronadan qorunmaq istəyirdi, ömürlük xəstəlik qazandı
İsveçrə vətəndaşı koronavirusa qarşı immunitetini möhkəmlətmək istəyərkən vəziyyəti ağırlaşıb.

Sehiyye.info xəbər verir ki, Yura kantonunun sakini rəngi göyərdiyi üçün həkimə müraciət edib.

Anamnez zamanı onun bədənini möhkəmlətmək üçün gümüş tozunu südə qataraq içdiyi məlum olub. Pasientə arqiroz, yəni gümüşlə zəhərlənmə diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım edilərək simptomlar yüngülləşsə də dərinin rəngi ömürlük qalacaq. Bu xəstəliyin fəsadları demək olar ömürlük qalır.

Qeyd edək ki, aseptik xüsusiyyətinə görə gümüşün orqanizmə faydası qədim dövrdən məlumdur. Lakin bu metalı orqanizmə qəbul etmək hər zaman ağır fəsad doğurur. //lent.az



REKLAM