sehiyye.info

COVID-19-un ömürlük nəticələri məlum oldu

COVID-19-un ömürlük nəticələri məlum oldu
Koronavirus keçirən xəstələr ömürlərinin sonuna qədər infeksiyanın təsirinə məruz qala bilərlər.

Sehiyye.info xəbər verir ki, bu barədə İngiltərə Milli Səhiyyə Xidmətinin mütəxəssisləri “The Daily Telegraph” nəşrinə açıqlamalarında bildiriblər.

COVID-19 Bərpa Mərkəzinin rəhbəri Hilari Floyd hər hansı yoluxucu xəstəliyi olmayan orta yaşlı insanların sağaldıqdan sonra əmək qabiliyyətsizliyindən və xroniki yorğunluqdan əziyyət çəkdiyini qeyd edib. Elm adamları koronavirus infeksiyasının gələcəkdə Altsheymerin inkişaf riskini artırdığını da müəyyən edib.

Səhiyyə xidmətindən bildirilib ki, hər üçüncü xəstədə ağciyər fibrozu, həmçinin ömürlük fiziki, zehni və koqnitiv pozğunluq inkişaf edə bilər. Xəstələrin 70 faizi sinir pozğunluğundan əziyyət çəkə bilər. 10 faiz hallarda isə ürəyin kəskin zəifləməsi müşahidə olunub.

Professor Peter Openşouya görə, xəstələrin sağlamlıqlarının tamamilə bərpası üçün orta hesabla bir il lazımdır. Ancaq bəziləri, görünür, heç zaman əvvəlki sağlamlığına qayıda bilməyəcək.Publika.az



REKLAM