sehiyye.info

“Bu gün xəstələr əsasən bu cür əməliyyatlara üstünlük verirlər” - Oftalmoloq...

“Bu gün xəstələr əsasən bu cür əməliyyatlara üstünlük verirlər” - Oftalmoloq...
Müasir dövrümüzdə insanlarda göz xəstəliklərinin müxtəlif növü aşkar olunmaqdadır. Əsasən də gənclərin gözlərində görmə qabiliyyətinin zəif olması daha çox müşahidə olunur. Bəs bunun hansı müalicə üsulları var? Tanınmış oftalomoloq Paşa Qəlbinur sayt-a açıqlamasında bildirdi ki, müasir tibb avadanlıqlar vasitəsilə bu cür göz xəstəliklərinin qarşısını almaq və insanları eynəkdən azad etmək mümkündür:“Bu gün əsasən orta nəsil nümayəndələrinin gözlərində zəiflik daha çox özünü miruzə verir. Bunun da səbəbi elmin və texnikanın inkişafıyla bağlıdır. Məsələn, bizim xəstəxanada Amerikadan gətirilən bir aparat var ki, onunla gözü zəif olan adamı lazer üsulu ilə əməliyyat edərək, heç bir ağrı və kəsik olmadan xəstəni əməliyyatdan sonra evə buraxa bilirik. Elə xəstə var ki, gözü zəif olduğu üçün eynək də taxa bilmir, yəni eynək taxarkən baş ağrısı və gicəllənməsi kimi problemlər yaşayır. Amma bu cür əməliyyatla biz xəstəni birdəfəlik eynəkdən xilas edərək, gözlərinin əvvəlki görmə qabiliyyətini geri qaytarırıq. Bu gün xəstələr əsasən bu cür əməliyyata üstünlük verirlər.(musavat.com)



REKLAM