sehiyye.info

Bu ölkədə 12 milyondan çox uşaq qaçırılma qorxusundan məktəbə getmir

Bu ölkədə 12 milyondan çox uşaq qaçırılma qorxusundan məktəbə getmir
Nigeriyada 12 milyondan çox uşaq silahlılar tərəfindən qaçırılmaq qorxusundan məktəbə getmir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkə prezidenti Məhəmməd Buxari bildirib.

"Hazırda 12 milyondan çox uşaq travma alır və məktəbə getməkdən qorxur, xüsusən də qızlar. Oğurluq, silahlıların fəallığının artması, məktəblərdə ümumən təhlükəsizliyin təmin edilməməsi kimi təhsil sisteminə qarşı davamlı hücumlar vəziyyəti daha da gərginləşdirib”, deyə prezident vurğulayıb.


Ölkə başçısı əlavə edib ki, məktəblilərin qaçırılması, oğurlanması onların sinif yoldaşlarının, müəllimlərin psixikasını zədələyir, nəticədə dərslərə daha az diqqət yetirir.

Qeyd edək ki, son bir neçə ildə Nigeriyada pul qarşılığında məktəblilərin kütləvi oğurlanması davam edir. Dekabrdan bəri ölkədə 1000-dən çox şagird qaçırılıb.



REKLAM