sehiyye.info

Şəhid olacağını öncədən yazıbmış - Anası məktubunu tapdı (FOTO)

Şəhid olacağını öncədən yazıbmış - Anası məktubunu tapdı (FOTO)
Mingəçevirli şəhid döyüşçünün anası oğlunun müharibədən öncə qələmə aldığı şəhidlik arzusunu əks etdirən xatirə yazısını tapıb.
Arasdırma.info xəbər verir ki, məlumata görə, təsadüfən anası Ümmü İbrahimova tərəfindən aşkar edilən yazı parçası yeganə övladı olan şəhid Elmar İbrahimova məxsusdur. Ən maraqlısı da odur ki, şəhidin arzularının və xəyallarının təxəyyülü olan xatirə nümunəsində Elmarın Vətən müharibəsindən xeyli öncə o hələ mülki həyatda bərbərlik fəaliyyəti ilə məşğul olduğu zamanlarda qələmə alınıb. O kiçik nümunədə Elmar İbrahimov qəribə də olsa özünün şəhid olduğunu yazır.
Qeyd edək ki 1998-ci təvəllüdlü Elmar İbrahimov ailənin tək övladı olub. Atasını illər öncə itirib. Anası Ümmü xanımla birgə yaşayan vətənpərvər gənc müharibənin ilk günündə anasından xəbərsiz könüllülər sırasına qoşulub. Hazırda onun vaxtilə Mingəçevirdə yaşadığı mənzil anası tərəfindən muzeyə çevrilib. Ondan yadigar olan və təsadüfən tapılan yazı nümunəsi də evi bəzəyən xatirə guşəsində nümayiş olunur.//unikal.org



REKLAM