İmmuniteti gücləndirən vacib element
Bədəndə maqneziumun olmaması payız soyuqdəyməsində kritik ola bilər.
Sehiyye.info xəbər verir ki, bu barədə "Sputnik" radiosuna müsahibəsində tibb elmləri namizədi, qidalanma mütəxəssisi Rimma Moysenko danışıb. O bildirib ki, bu element insan orqanizmi üçün ən vaciblərindən biridir, çünki bədəndə baş verən 300-dən çox kimyəvi prosesə xidmət edir. Həkim xəbərdarlıq edib ki, maqnezium səviyyəsi aşağı olduqda immun reaksiyadan məsul olan tiroid bezinin işi "axsamağa" başlayır, nəticədə kortizol və adrenalin hormonları daha pis istehsal olunur.
Mütəxəssis eyni zamanda yaydan sonra maqneziumun xüsusilə vacib olduğunu vurğulayıb, çünki yüksək temperaturda tərləmə nəticəsində bu elementin çoxu bədəndən çıxır və insanın immun reaksiyası azalır.
Rimma Moysenko maqnezium çatışmazlığının artıq çəkiyə və selülitə səbəb ola biləcəyini də diqqətə çatdırıb. Bundan əlavə, aşağı maqnezium səviyyəsinin fürsətçi floranın daha aktiv böyüməsinə və yorğunluğa səbəb olduğunu izah edib. Diyetoloq qoz-fındıq, giləmeyvə, qovun və ya yaşıl çay qəbulu ilə maqnezium səviyyəsini artırmağı məsləhət görüb.
Qastroenteroloq Natalya Stukova isə bir insanın bədənində kifayət qədər duz olmadığını göstərən əlamətləri açıqlayıb. Onun sözlərinə görə, rasionda duzun olmaması sağlamlıq problemlərinə səbəb ola bilər. Həkim məhsulun hüceyrə səviyyəsində metabolik proseslərdə iştirak etdiyi üçün bədən üçün lazım olduğunu qeyd edib. Duzda olan minerallar natrium olan elektrolitlərin balansını dəstəkləyir. "Bədəndə duz çatışmazlığının əlamətləri baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, ürək çatışmazlığı, qeyri-sabit hemodinamik ola bilər", - həkim bildirib//publika