Mütəxəssisdən şok korona xəbərdarlığı: "Yeni dalğa gəlir"

Son 10 gündə dünyada koronavirusa yoluxma halları azalıb.
Sehiyye.info xəbər verir ki, yoluxma halları azalsa da, mütəxəssislər pandemiyanın daha sərt şəkildə davam edəcəyini düşünürlər.
Türkiyəli professor Mehmet Ceyhan hesab edir ki, hazırkı tendensiya yeni dalğanın başlayacağını inkar etmir:
“Yoluxmadakı azalma Cənubi Asiya və Yaxın Şərq ölkələrində müşahidə olunur. Hələ ki, Avropa və Şimali Amerikada virusa yoluxmada heç bir azalma yoxdur. Xəstəliyə yoluxanların sayı azalsa da, qaydalara riayət etməliyik. Hazırkı vəziyyətin bizi aldatmasına imkan verməyin. Bu təhlükənin keçdiyi və ya azaldığı anlamına gəlmir. Hesab edirəm ki, gedişat davam edəcək, 5-ci və 6-cı dalğaların şahidi olacağıq. Məktəblərin açılması virusun artmasına səbəb olacaq. Hələ ki, 3-4 nəfər yoluxur. Lakin sayın kəskin artması 1-2 ay sonra özünü göstərməyə başlayacaq”.//teleqraf