sehiyye.info

Peyvənd vurduranlara 100 manat mükafat veriləcək - BU ÖLKƏDƏ

Peyvənd vurduranlara 100 manat mükafat veriləcək - BU ÖLKƏDƏ
İsveçrə hökuməti COVID-19 virusuna qarşı peyvəndlənməni sürətləndirmək üçün stimullaşdırıcı qərar qəbul edib.

Sehiyye.info xəbər verir ki, İsveçrə Federal Şurası vaksinasiya kampaniyasının sürətinin artırılması məqsədilə tam peyvəndlənmiş şəxslərə mükafat təyin edib. Belə ki, qərara əsasən peyvənd edilmiş şəxsə bundan sonra 50 frank pul veriləcək. (1 frank təxminən 2 manatdır).

Qeyd edək ki, hazırda İsveçrədə əhalinin təxminən 57%-i koronavirusa qarşı tam peyvənd olunub. Ölkə bu göstərici ilə Avropada ən aşağı peyvənd göstəricilərindən birinə sahibdir.//publika



REKLAM