sehiyye.info

Peyvənd olunanlara 150 avroluq kredit kartı

Peyvənd olunanlara 150 avroluq kredit kartı
Yunanıstanda COVİD-19-a qarşı ən azı bir doza peyvənd olan 18-25 yaş arası vətəndaşlara 150 avroluq kredit kartı veriləcək.

Sehiyye.info xəbər verir ki, bunu Yunanıstan Baş nazir Kiriakos Miçotakis deyib.

O bildirib ki, gəncləri peyvənd olunmağa təşviq etmək üçün “Sərbəst keçid” adlı bir proqram hazırlanıb:

“Proqram çərçivəsində COVİD-19-a qarşı ən azı bir doza peyvənd olan 18-25 yaş arası vətəndaşlara 150 avroluq kredit kartı veriləcək. Eyni zamanda, gənclər nəqliyyat, mədəniyyət, əyləncə və kirayə pulu daxil olmaqla, bir çox xərclərini bu kartdan istifadə edə biləcəklər. Proqram iyulun sonlarından etibarən aktiv olacaq”.//axar.az



REKLAM