sehiyye.info

Rektor Tibb Universitetində çalışan xanımları təbrik edib

Rektor Tibb Universitetində çalışan xanımları təbrik edib
Azərbaycan Tibb Universitetində (ATU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Sehiyye.info bildirir ki,Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli təhsil ocağında çalışan xanımları təbrik edib.

Rektor qeyd edib ki, xanımlar kollektivin böyük hissəsini təşkil edir: “Heç bir kollektiv, heç bir ailə qadınsız inkişaf edə, irəli gedə bilməz. Biz xanımların əməyini həmişə yüksək qiymətləndiririk”.

Sonra o, kollektivdə təmsil olunan xanımları təbrik edib, onlara işlərində uğurlar və ailə səadəti arzulayıb.
Rektor Tibb Universitetində çalışan xanımları təbrik edib



REKLAM