sehiyye.info

Normal cinsi münasibət nə qədər davam etməlidir?

Normal cinsi münasibət nə qədər davam etməlidir?
Onlar hesab edir ki, uzun müddətli seks hər iki partnyorda məyusluq yaradır və heç bir həzz vermir.

Sehiyye.info xəbər verir ki, həkimlərin fikrinə görə, əgər seks 1-2 dəqiqə davam edirsə, bu qadın və kişidən birində və ya hər ikisinin səhhətində problem olduğunu göstərir.

Amerikan alimləri elmi tədqiqatlarında 3 il boyunca cütlüklər, seksoloqlar, həkimlərdən topladıqları məlumatları araşdıraraq bu ortaq qərara gəliblər ki, ideal cinsi əlaqə 12-13 dəqiqədən çox sürməməlidir. Qısa və baş tutmayan əlaqə 1 -2 dəqiqə çəkən aktdır.

Normal və yaxşı, sağlamlığa da faydalı akt 7-13 dəqiqə çəkən əlaqədir.

Yəni 7 dəqiqədən tutmuş 13 dəqiqəyə kimi normadır

Çox uzun əlaqə müddəti 10-20 dəqiqə çəkəndir, alimlər bunu lazımsız hesab edib.

Aparılan sorğu göstərib ki, qadınların 80%-i 10-12 dəqiqə çəkən əlaqədən razı qalıblar.

Tibbi baxımdan vaxt çərçivəsi var.

Əgər kişidə əlaqə 1-2 dəqiqə çəkirsə, bu erkən eakulyasiya diaqnozu deməkdir.

Eləcə də ereksiyanın uzanması, 20-30 dəqiqə çəkməsi də problemdir. Bu kişinin stress, yorğun, depressiyada olmasından, eləcə də qadının qanedici olmamasından, eləcə də siqaret və içkidən qaynaqlanır.



Eləcə də həddən artıq uzun cinsi əlaqə diabet, prostatit, sidik yollarının infeksiyası, əməliyyatdan sonra, bel yırtıqları, beyin problemlərindən ola bilər.

Qadınlarda intim əlaqə müddəti çox variasiyalıdır və burda daha çox kişidən asılıdır. Lakin uzun və yorucu seks qadının tez yorulmasına və seksdən imtina etməsinə gətirib çıxara bilər.(medicina.az)



REKLAM