Qocalmamaq üçün həftədə neçə dəfə intim münasibət lazımdır?
Alimlər insanın qocalmasının səbəbini DNT-də olan müdafiə kolpaklatının-telometrlərlə bağlayır. Onların uzunluğu illər keçdikcə qısalır və bununla da hüceyrələrin qocalması baş verir. Elmi tədqiqatlar sübut edib ki, müəyyən tip məşğuliyyətlər, hərəkətlər və idman növləri – yoqa, üzgüçülük, qaçış telometrlərin uzunluğunu qoruyur, bununla da hüceyrələrin ömrünü uzadır. Bu məşğuliyyətlər sırasında intim əlaqə də var. Psychoneuroendocrinology dərgisində çap olunan son araşdırmalardan biri məhz bunu sübut edib.
Alimlər 129 seksual aktiv dövrdə olan evli qadının intim həyatını tədqiq edib. Hər gün könüllülər həyat yoldaşı ilə intim əlaqənin olub olmaması barədə məlumat
veriblər.
Tədqiqatın əvvəlində bütün qadınların qanından analizlər götürülüb və hüceyrələrin qocalıq dərəcəsi müəyyən edilib. Tədqiqatın sonunda yenidən
analizlər alınıb və müqayisə edilib. Nəticədə məlum olub ki, həftədə ən azı 2 dəfə cinsi münasibəti olan qadınlarda
telometrlər daha uzun və gənc qalmışdı, nəinki ayda cəmi 2 dəfə olanlar.
Alimlər hesab edir ki, seks telometrlərin dağılıb qısalmasına qarşı olan hormonların qanda artmasına təkan verir. Alimlər bildirir ki, qocalmanı yubatmaq üçün optimal tezlik heç olmasa həftədə bir dəfədir. Burda əsas məsələ fiziki əlaqə, say yox, həm də partnyorların bir-birini xoşbəxt etməsidir. İdeal əlaqə sayı isə həftədə 2 dəfədir.//gent.az