sehiyye.info

COVID-19-a yoluxan hər 3 nəfərdən birində...

COVID-19-a yoluxan hər 3 nəfərdən birində...
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi elan edib ki, peyvənd olunmayan və COVID-19-a yoluxan hər 3 nəfərdən birində xəstəliyin simptomları uzun müddət davam edir.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, peyvənd olunmayan koronavirus xəstələri arasında sorğu keçirilib. Məlum olub ki, bu xəstələrin 35 faizində sağaldıqdan 2 ay sonra bəzi simptomlar hələ də qalıb. Xüsusilə 40 yaşdan yuxarı qadınlarda və əvvəlcədən sağlamlıq problemləri olan insanlarda COVID-19 simptomlarının daha uzun müddət görüldüyü ortaya çıxıb.

Bu simptomlara təngənəfəslik, qoxu və iybilmə duyumunun itməsi, əzələ və oynaq ağrıları daxildir.//publika



REKLAM