Arvadını müayinə edən həkimi döydü .
Rusiyada kişi həyat yoldaşını müayinə edən həkimə hücum edib.
Sehiyye.info Ölkə.Az -a istinadən xəbər verir ki, hadisə 21 sentyabr Nijnevartovska şəhərində yerləşən xəstəxanaların birində baş verib.
Dermatoloq Vladimir Jernoklev iş başına olan zaman yoxlanış üçün qəbuluna müsəlman qadın gəlib. Lakin o, əvvəlcə kişi həkim tərəfindən müayinə olunmasını istəməyib, daha sonra isə buna razılaşıb.
Həkim onun qarnının bir hissəsini müayinə edib.
Ardınca sözügedən qadının əri Jernoklevin otağına daxil olub və onu döyməyə başlayıb. Həkim qapalı kəllə-beyin travması alıb və burnundan qan açılıb.
Hadisəni törədən şəxs saxlanılıb.
V.Jernoklev bildirib ki, indiyədək bir çox müsəlman qadın pasiyenti olub, lakin heç vaxt belə halla rastlaşmamışdı.