Ailə həkimi müayinə vaxtı qadınla cinsi əlaqədə oldu,lisenziyası ləğv edildi.
Hadisə İsrailin Maale-Adumimdə şəhərində baş verib.Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,ailə həkimi Jeyms Raxman müayinə edərkən öz xəstəsi ilə cinsi əlaqəyə girib.Ərindən boşanmış, beş uşaq anası öz həkiminə müraciət edib,yoxlanmaq üçün həkimin otağına girib.
Bağlı qapılar arxasında həkim xəstəyə təcavüz edib.Şikayətdən sonra,məsələyə İsrail Səhiyyə Nazirliyi qarışıb.Prokurorluq ciddi faktların olmadığından məsələni bağlayıb.Lakin Nazirlik həmin həkimi 2 illik lisenziyadan məhrum edib.Sorğu sual zamanı hadisə barədə həkim,onu da qeyd edib ki,o,bu işi pasientin razılığı ilə edib.