sehiyye.info

Burun yolu ilə daxil olur beyni yeyir – Bu günə qədər 37 nəfərdə aşkarlanıb

Burun yolu ilə daxil olur beyni yeyir – Bu günə qədər 37 nəfərdə aşkarlanıb
ABŞ-ın Florida ştatında bir nəfərdə “Naegleria fowleri” adlı beyni yeyən amöbə rast gəlinib.
Sehiyye.info “Sözcü”yə istinadən xəbər verir ki, “Naegleria fowleri”ə geotermal və yaxşı xlorlanmamış hovuz sularında rast gəlinir. Florida Səhiyyə İdarəsindən verilən açıqlamada, sözügedən şəxsin Xilsboroda yaşadığı bildirilib, amma onun “Naegleria fowleri”ə necə yoluxduğuna dair məlumat verilməyib.
Bu tək hüceyrəli amöbün beyində infeksiyaya, çox vaxt isə ölümə səbəb olduğu vurğulanır. Sadəcə burun vasitəsilə ötürülən infeksiyanın insandan insana keçmədiyi bildirilir.
İnfeksiyaya əsasən ABŞ-ın cənub bölgələrində rast gəlinir. Ümumilikdə infeksiya, bu vaxta kimi cəmi 37 nəfərdə aşkarlanıb.



REKLAM