sehiyye.info

Vaksinin uşaqlar üçün təhlükəsiz olduğu açıqlandı

Vaksinin uşaqlar üçün təhlükəsiz olduğu açıqlandı
ABŞ-da avqust ayından bəri COVID-19 uşaqlar arasında sürətlə yayılmağa başlayıb.

Sehiyye.info xəbər verir ki, bu barədə “Pfizer” şirkətinin rəhbəri Albert Burla danışıb.

O bildirib ki, əhalinin sağlamlığını qorumaq üçün uşaqların vaksinasiya prosesi gücləndirilməlidir: “Sübut edildi ki, koronavirus əleyhinə vaksinin aşağı dozası 5-11 yaşlı uşaqlar üçün təhlükəsiz və effektivdir. Sınaqların nəticələri istehsal etdiyimiz vaksinin 5-11 yaşlı uşaqlar üçün istifadəsinə icazə verilməsinə əsaslı zəmin yaradır. Biz bu nəticələri ABŞ-ın Ərzaq məhsullarına və dərmanlara sanitar nəzarəti idarəsinə və digər hökumət orqanlarına təcili şəkildə təqdim etməyi planlaşdırırıq”.

“BioNTech”in təsisçisi professor Uğur Şahin isə qeyd edib ki, qış mövsümü başlamazdan əvvəl vaksinin məktəbli uşaqlar üçün təhlükəsiz olduğunu müəyyən etmək yoluxmanın qarşısının alınmasında təsirli olacaq.//publika



REKLAM