sehiyye.info

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ
Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb.

Sehiyye.info DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq.

Karantinə alınan ərazilərin girişinə polis yerləşdirilib. Nusaybin Bələdiyyəsi oradakı insanların ehtiyaclarını qarşılamaq üçün xüsusi qruplar təyin edib. İlçənin səhiyyə qurumlarından verilən məlumata görə, karantin dövründə vaksinasiya növbəsi çatanlar evdə peyvənd olunacaqlar.//sonxeber



REKLAM