Toyda iştirak edən 250 nəfər karantinə alınıb
Özbəkistanda qırmızı zonaya daxil olan, müxtəlif şənliklərin keçirilməsinin qadağan olunduğu Surxandərya vilayətində sanitar-gigiyena normalarına əməl edilmədən keçirilən toyda iştirak edən 250 nəfərin hamısı karantinə alınıb.
Sehiyye.info AZƏRTAC-a istinadən bildirir ki, bu yaxınlarda ölkədə yaşıl və sarı zonalara toy və digər ailə şənliklərinin keçirilməsinə icazə verilib, ancaq bu məclislərdə 30-dan artıq adam olmamalıdır.
Məlumatda deyilir ki, Surxandərya vilayəti qırmızı zonaya daxil olduğu üçün burada belə mərasimlərin keçirilməsi qəti qadağandır.
Vurğulanır ki, hazırda vilayətdə karantində 4118 nəfər var.