sehiyye.info

Azərbaycanda gecə saatlarında acı xəbər: Ölənlər və yaralı var

Azərbaycanda gecə saatlarında acı xəbər: Ölənlər və yaralı var
İmişlidə iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Cəfərli kəndində qeydə alınıb.

Belə ki, motosikletlə minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Yaralılardan biri - İmişli rayon sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Rayonun digər sakini, 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



REKLAM