sehiyye.info

Səhiyyə Nazirliyi test cavablarını gecikdirdiklərini ETİRAF ETDİ

Səhiyyə Nazirliyi test cavablarını gecikdirdiklərini ETİRAF ETDİ
“Vətəndaşlarımızın haqlı narazıçılığını anlayırıq. Laboratoriyalarımızın fasiləsiz olaraq çalışmağına baxmayaraq müəyyən gecikmələr baş verir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev dövlət xəstəxanalarında koronavirusa görə test verən vətəndaşların cavablarının gecikməsi məsələsinə münasibət bildirərkən deyib.

Qurum rəsmisi qeyd edib ki, hazırkı epidemioloji vəziyyətlə əlaqədar yaxmaların götürülməsi ilə bağlı müraciətlərin sayı həddindən artıq çoxdur:

“Vətəndaşlarımızın haqlı narazıçılığını anlayırıq. Laboratoriyalarımızın fasiləsiz olaraq çalışmağına baxmayaraq müəyyən gecikmələr baş verir. Yoluxmaların saylarının artması təbii olaraq tibb işçilərinin yükünü də artırır. Bu səbəbdən müəyyən gecikmələr baş verə bilər”.

Hazırda aktif fəaliyyət göstərən labaratoriyaların sayına gəlincə, Nazirlik rəsmisi bu suala cavab verməyib.



REKLAM