sehiyye.info

Azərbaycanda vaksin vurdurmayanlar PZR testi verecek? - AÇIQLAMA

Azərbaycanda vaksin vurdurmayanlar PZR testi verecek? - AÇIQLAMA
Artıq qonşu ölkə Qazaxstan və qardaş ölkə Türkiyədə yeni qərar qəbul olunub ki, vaksin vurdurmaq istəməyən hər kəs həftədə 1 dəfə PZR (PCR) testi verəcək. Azərbaycanda da eyni qərar qəbul edilə bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Vüqar Cavadzadə açıqlama verib.

O bildirib ki, digər ölkələr qərar versə də, bizdə bu məsələ Operativ Qərargahın səlahiyyətindədir:

"Onların verəcəyi qərarlara bir şərh verə bilmərəm. Lakin bir həkim kimi düşünürəm ki, vaksinasiya olunmayan şəxslər tez-tez PCR testi verə bilərlər. Həftədə bir dəfə test vermək azdır, çünki insanlar 1 həftə ərzində yoluxub digər şəxsləri də yoluxdura bilərlər. Nəzərinizə çatdırım ki, yoluxmanın gizli dövrü 2-14 gündür. Ona görə də hesab edirəm ki, nə vaxtsa Operativ Qərargah tərəfindən müvafiq qərar qəbul olunsa, vaksin vurdurmaq istəməyənlərin 3 gündən bir PZR testi verməsi daha məsləhətlidir".



REKLAM