ŞOK ARAŞDIRMA: Şərab koronavirusun gedişini ləngidir.
Elm adamları qırmızı və ağ şərabın tərkibindəki antioksidanın bədəndəki ACE2 fermentinin miqdarını artırdığını və bununda öz növbəsində koronavirus infeksiyasının gedişatını yüngülləşdirdiyini təsbit edib.
Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, bu barədə Kanadanın Laval Universiteti araşdırma aparıb.
Moskva Dövlət Universitetinin Molekulyar Biologiya Laboratoriyasının aparıcı elmi işçisi Roman Zinovkin şərabın tərkibində olan zəruri fermentin - antioksidant resveratrolun ifrazına kömək etdiyini izah edib. ACE2 çatışmazlığı iltihaba səbəb olan, qan damarlarını sıxan və endotelə zərər verən AngII peptidinin ifrazını artırır. ACE2 çox olması isə virusun hüceyrəyə həddindən artıq nüfuz etmə şansı çoxalır.
“Buna görə də, ACE2-nin çatışmazlığı və AngII-nin artıq olması CoViD-19-un gedişinə mənfi təsir göstərir” , - həkim açıqlamasında bildirib.
Resveratrol hüceyrələrin immunitet fəaliyyətini də azaldır. Bununla birlikdə, mütəxəssislər qeyd ediblər ki, koronavirusun yaratdığı tənəffüs çətinliyi sindromu zaman immun sistemi, əksinə, həddindən artıq aktivdir, odur ki, bu vəziyyətdə antioksidant müsbət təsir göstərə bilər.
Resveratrol şərabla yanaşı püstə, fıstıq, kakao, üzüm dəriləri, yaban mersini və zoğalda da olur.