sehiyye.info

Rusiya koronavirusdan ölüm rekordunu yeniləd

Rusiya koronavirusdan ölüm rekordunu yeniləd
Rusiyada koronavirusdan sutka ərzində rekord sayda 820 ölüm qeydə alınıb. TASS xəbər verir ki, bundan əvvəlki antirekord 14 avqustda olub. O zaman virusdan 819 nəfər ölmüşdü.

Şərti olaraq ölüm nisbətinin 2,63 faiz artdığı bildirilir. Ölkədə koronavirusdan bu zamana qədər 179 243 nəfər ölüb.

Qeyd edək ki, Rusiya 6 824 540 yoluxma ilə dövlətlər arasında dördüncüdür.



REKLAM