Rusiyada koronadan ölüm rekord həddə çatdı.
Ötən gün Rusiyada COVID-19 koronavirus infeksiyası olan xəstələr arasında 168 ölüm qeyd edildi.
Sehiyye.info bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.Ümumilikdə epidemiya zamanı 10.161 nəfər ölmüşdür.
Bir gün əvvəl ölkədə COVID-19 olan 134 xəstə ölümü qeydə alınmışdı.
Rusiya Baş nazirinin müavini Tatyana Golikova, Çin ilə sərhədi erkən bağladığı və sınaqların artırılması səbəbiylə Rusiyanın koronavirusdan ölüm hallarının hələ az olduğunu söylədi.
Bundan əvvəl tibb elmləri doktoru, virusoloq Anatoli Altstein, NSN-yə verdiyi müsahibədə Rusiyada COVID-19-un ikinci dalğasının olma ehtimalını qiymətləndirmişdi.