sehiyye.info

Koronavirus böyrəklərə necə təsir edir?

Koronavirus böyrəklərə necə təsir edir?
Rusiyalı həkim-nefroloq Anna Korobkina koronavirus infeksiyasının böyrəklərə təsiri ilə bağlı xəbərdarlıq edib.

Bu barədə o, “Sputnik” radiosuna verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, COVID-19 ACE2 fermentinin mövcud olduğu bütün orqanlara hücum edir, o virus tərəfindən hüceyrələrə daxil olmaq üçün reseptor kimi istifadə olunur.

Həkim qeyd edir ki, bu reseptorlar ürəkdə, bağırsaqda, yemək borusunda, sidiklikdə var.

“Böyrəklərdə onlardan iki dəfə çoxdur, buna görə böyrəklər daha çox viral invaziya riski altındadır. Bir virusun möhkəmlənməsi nəticəsində kəskin böyrək çatışmazlığı meydana gələ bilər, hipoksiya və trombotik pozğunluqlar da burada rol oynayır”, - deyə mütəxəssis vurğulayıb.

Həkim əlavə edib ki, kəskin böyrək zədələnməsi xüsusilə ağır hallarda koronavirus infeksiyasının ölüm faktorlarından biridir. Eyni zamanda, xəstələr onlarda böyrək xəstəliyi olduğunu bilməyə bilər, çünki əvvəllər bununla bağlı heç bir şey hiss etməyiblər və COVID-19 əvvəllər yavaş inkişaf edən prosesləri qəfil kəskinləşdirə bilir.

Həkim evdə müalicə olunan xəstələrə zülalı müəyyən etmək üçün ümumi sidik testindən və kreatinin səviyyəsi üçün biokimyəvi qan testindən keçməyi tövsiyə edir.

“Sonradan qan laxtalanması parametrlərini izləmək və trombozun qarşısını almaq lazımdır, çünki tromb həm də böyrək damarlarında əmələ gəlir”, - deyə o bildirib.//oxu.az



REKLAM