sehiyye.info

Covid-19 böyrək çatışmazlığına səbəb olur

Covid-19 böyrək çatışmazlığına səbəb olur
Hazırda dünyanı cənginə alan Covid-19 pandemiyasından milyonlarla insan əziyyət çəkir. Virusun qalıcılığı ilə bağlı hər gün yüzlərlə tədqiqatlar aparılır. Onun hansı orqanlara əks təsiri olduğu araşdırılıb. Bəzi tədqiqatlar göstərir ki, virus hər bir orqana zərbə vurur.
Sehiyye.info xarici KİV-ə istinadən bildirir ki, alimlər bu dəfə koronavirusun böyrəklərə təsirini araşdırıb. Məlum olub ki, ürək qan-damar sistemi qədər böyrəklər də virusdan çox təsirlənir. Bu da öz növbəsində böyrək çatışmazlığı yaradır. Bir müddət orqanlar fəaliyyətini bərpa edə bilmir. Bu da sidikdə qanla müşahidə edilir.

Tədiqiqatlar göstərib ki, Covid-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilən insanların böyük əksəriyyəti böyrək çatışmazlığı riski altında olurlar. Bu da onlarda ağır xəstəliklərə, diyalizə və hətta ölümə belə gətirib çıxarır.//axsam.az



REKLAM