Azərbaycanlı qadın İranda 3 nəfəri xilas etdi
Qərbi Azərbaycanın Bukan şəhərində beyin ölümü keçirən 46 yaşlı bir qadının orqanları ehtiyacı olan üç xəstəyə köçürülüb.
Sehiyye.info Axar.aza istinadən xəbər verir ki, beyninə qan sızmasına görə Urmiyanın Xomeyni xəstəxanasına yerləşdirilən qadının orqanları ailəsinin icazəsi ilə xəstələrə bağışlanıb.
Məlumata görə, mərhumun iki böyrəyi Urmiya şəhərində iki xəstəyə köçürülüb, qara ciyəri isə Şiraz xəstəxanasına göndərilib.
Qeyd edək ki, İranda orqan bağışlanması beyin ölümü gerçəkləşən xəstələrin ailəsinin razılığı əsasında həyata keçirilir. Güney Azərbaycan əyalətlərində orqan bağışlama faktlarına tez-tez rast gəlinir.