Üzümün faydaları
Üzümün ən bol olduğu dövrdəyik. Meyvə olaraq istehlak etdiyiniz üzümün, tək başına bir əczaxana kimi olduğunu bilirsinizmi?
Sehiyye.info yerli mətbuata istinadən xəbər verir ki, A, B1, B2, C vitamini ilə yanaşı tərkibində kalium, maqnezium ehtiva edən üzümün insan sağlamlığı baxımından tək başına bir əczaxana olduğu araşdırmalarla da sübut edildi. Üzümün faydalarının sayıla bilməyəcək qədər çox olduğunu dilə gətirən araşdırmaçılar, xüsusilə baş ağrısı və xərçəngə qarşı üzümün qoruyucu təsiri olduğunu da ifadə edirlər.
Üzümün faydaları saymaqla bitməz.
Üzüm immunitet sistemini qüvvətləndirir.
Böyrək və qaraciyərin funksiyasını artırır, qaraciyər xəstəlikləri və qansızlığın müalicəsində təsirlidir. Qanın təmizlənməsinə, bədəndə yağların əriməsinə köməkçi olur.
Bədəndə yığılan zərərli maddələrin çölə atılmasını təmin edir.
Yağlı birləşmələrin yığılmasına maneə törədərək və qanı sulandıraraq ürək-damar sisteminin nizamlı işinə köməklik edir. Ehtiva etdiyi resveratrol maddəsi sayəsində xərçəngə qarşı bədəni qoruyur. Bədəni viruslara qarşı müqavimətli hala gətirir. Qabıq və çəyirdəkləri mədəyə zərər vermədən həzmi sürətləndirir, bağırsaq sisteminin işini nizamlayır, bağırsaq sancısını aradan qaldırır.
Beynin enerji qaynağıdır.
Dərinin təzə və təmiz bir görünüş almasını təmin edir, allergiya və kirəcləşmələrdə iltihab meydana gəlməsinə mane olur.
Kişmiş ağciyər xəstəliyinə, əsəb pozğunluğuna, unutcağlığa, qansızlığa, qaraciyər zəifliyinə, səs batıqlığına yaxşı təsir edir.
Üzüm yarpağının suyu dizenteriyaya və göz soyuqdəyməsinə qarşı şəfalıdır. Böyrək xəstəliklərinə təzə üzüm yaxşı gəlir. Xərçəngə qarşı təzə üzüm yeyilməlidir.
Quru üzüm ürək, qaraciyər, mədə və sinir xəstəliklərinə şəfa verir, ürəyi qüvvətləndirir, nəfəs darlığına yaxşı gəlir.
Öskürəyi kəsir, bəlğəmi aradan qaldırır, ağız içi yaralarını yaxşılaşdırır.
Bədənin həddindən artıq dərəcədə yorğunluğu və əldən düşməsi zamanı kişmiş qəbul edilsə, yaxşı olar.
[media=https://izle.az/embed/95516]