sehiyye.info

Bağda izin olsun, üzüm yeməyə üzün olsun — Üzümün FAYDALARI və ZİYANI

Bağda izin olsun, üzüm yeməyə üzün olsun — Üzümün FAYDALARI və ZİYANI
Sentyabr ayının əvvəlində ən çox qəbul edilən meyvələrdən biri də üzümdür. Üzümün sağlamlığa faydası olduğu kimi ziyanı da var.

Üzümün tərkibində faydalı zülallar, askorbin turşusu, B və R qrupu vitaminləri, beta-karotin, pektin və bir çox mikro elementlər var (kalium, marqans, dəmir, brom, mis, yod vəs.)

Faydaları

Zəngin kimyəvi tərkibi olan üzümün bir çox müalicəvi xüsusiyyəti var. Üzüm şirəsi və üzümün özü mədə-bağırsaq sistemi xəstəliklərində kömək edir. Çünki tərkibindəki fermentlər mədə şirəsi ifrazını stimullaşdırır.

Qırmızı üzüm isə ürəyə və ürək-damar sisteminə faydalıdır. Qanın tərkibindəki azot miqdarını artırır və trombların qarşısını alır.

Bağda izin olsun, üzüm yeməyə üzün olsun — Üzümün FAYDALARI və ZİYANI*Üzümün tərkibində olan tanin, katexin və antosianindin kimi antioksidantlar arterial təzyiqi aşağı salır, qanı təmizləyir, hemoqlabin miqdarını artırır, ürək ritmini normallaşdırır, qara ciyərin fəaliyyətini yaxşılaşdırır. Antioksidantlar orqanizmi şlak və toksinlərdən təmizləyir, tonusu yaxşılaşdırır və stressə qarşı mübarizə aparmağa kömək edir.

Üzüm yaddaşa əla təsir edir. 3 ay müntəzəm üzüm qəbul etmək kifayət qədər ciddi nəticələr verir.

Üzüm fəal zehni və fiziki işdə çalışanlar üçün də faydalıdır. Peşəkar idmançılar gündəlik qida rasionlarına üzüm əlavə edirlər. Üzüm orqanizmin dözümlülüyünü və iş qabiliyyətini artırır.

Müalicəvi xüsusiyyətləri

Üzüm astma, nəfəs yolları xəstəlikləri və qara ciyər xəstəliyində faydalıdır. Tərkibində olan üzvi zülallar maddələr mübadiləsini sürətləndirir və qəbzlə mübarizə aparır.

Üzüm sidikqovucu xüsusiyyətə malikdir. Üzümün təkcə gilələri yox, təbii şirəsi də çox faydalıdır.
Bağda izin olsun, üzüm yeməyə üzün olsun — Üzümün FAYDALARI və ZİYANI
Hər səhər acqarına üzüm şirəsi içmək miqrenə qarşı mübarizə aparmağa kömək edir.

İmmunitet sistemini möhkəmləndirmək istəyən və gün ərzində özünü gümrah hiss etmək istəyənlər yaşıl və ağ üzümün şirəsini içsinlər.

Qara üzümün şirəsi isə görmə qabiliyyətini artırır.

Qırmızı üzümün şirəsi viruslara qarşı əla üsuldur. Orqanizmi infeksiyalardan qoruyur və herpesə qarşı mübarizəyə kömək edir.

Qara üzümün faydaları
Hələ qədim Yunanıstanda qara üzüm müalicəvi məqsədlər üçün istifadə edilirdi. Onun faydalı xüsusiyyətləri sidik kisəsi, öd və böyrəkdə daşların yaranmasının qarşısını alır.

Qara üzüm podaqranı müalicə etməyə yardımçıdır. Çünki orqanizmdə olan artıq duzları çölə çıxarır. Bu səbəbdən üzüm artrit və revmatizm xəstələri üçün əladır.

Üzüm çəyirdəyi faydalıdır?

Üzüm çəyirdəklərindən kosmetologiyada istifadə edilir. Çəyirdəklərdən hazırlanan skrab dərinin ölü hüceyrələri üçün faydalıdır.

Üzüm çəyirdəklərindən alınan yağ sellülitə qarşı edilən masaj üçün faydalıdır.

Çəyirdəklərin tərkibində olan antioksidant maddəsi dərini cavanlaşdırır.



REKLAM