sehiyye.info

İsti havada bu qidalardan imtina edin

İsti havada bu qidalardan imtina edin
İsti günlərdə bədənin su ehtiyatının çıxarılmasını stimullaşdıran qazlı su və qəhvə istifadəsini azaltmaq daha yaxşıdır, əks halda su-duz tarazlığı pozula, ödem yarana və ya çəki arta ola bilər.

Sehiyye.info xəbər verir ki, bu barədə dietoloq Yelena Kalen danışıb.

“Bir stəkan limonad içdikdən bir müddət sonra daha çox susuzluq hiss edəcəksiniz. Bundan əlavə, bu cür içkilər çox miqdarda şəkər ehtiva etdiyi üçün bədənin müxtəlif hissələrində piylərin yığılmasına səbəb olur”, - Kalen qeyd edib.

Dietoloq tövsiyə edir ki, istidə tərəvəzə və soyuq qəlyanaltılara üstünlük verin - pomidor, kərəviz və xiyar. Daha çox vitamin ehtiva etməsindən əlavə, toxluq hissi yaradırlar və bədəni təravətləndirirlər. Su içmək vərdişi yoxdursa, şorbalar buna kömək edəcək: bədəndəki maye çatışmazlığını əvəz edəcək.//publika



REKLAM