sehiyye.info

YAY aylarında artıq çəkilərdən azad olmaq istəyənlərə DİETOLOQ MƏSLƏHƏTİ

YAY aylarında artıq çəkilərdən azad olmaq istəyənlərə DİETOLOQ MƏSLƏHƏTİ

Artıq çəkili xanımların sevmədiyi fəsillərdən biri də yaydır. Çimərlik mövsümü və yay geyimlərində gözəl görünmək istəyən qadınlar surətlə arıqlamağa çalışırlar. Dünya ulduzlarının bahalı pəhriz cədvəli isə bəzən kömək etmir. Artıq çəkilərdən azad olmaq üçün diyetoloqların məsləhətlərinə əməl etmək yetərlidir.

Lent.az surətli çəki atmaq istəyən qadınlara diyetoloqların faydalı məsləhətlərini təqdim edir:

Səhər yeməyindən imtina etməyin. Səhərlər proteinə üstünlük verilməlidir.
Gündə 2-3 litr su qəbul edin. Su həm toxluq hissi yaradacaq, həm də metobalizmanın fəaliyyətini təmin edəcək.

Pəhriz cədvəlinizə şəkərsiz qəhvə və yaşıl çay əlavə edin.
Həftədə 2-3 dəfə pəhriz orucu tutun. Həzm orqanlarınıza zamanla fasilələr vermək məsləhətdir.

Meyvə-tərəvəzə üstünlük verin.

Yeməkləri asta-asta yeyin. Bu zaman doyduğunuzu hiss edəcəksiniz.

Yuxu rejiminə nəzarət edin.

Yatmazdan 2-3 saat öncə heç bir qida qəbul etməyin.

Pəhriz ilə bərabər mütləq idman edin.



REKLAM