sehiyye.info

Rusiyada əhalinin təbii azalması sürətlənib

Rusiyada əhalinin təbii azalması sürətlənib
İlin ilk altı ayı ərzində Rusiyada 678,1 min nəfər dünyaya gəlib.

Bu barədə “Rosstat” məlumat yayıb.

Məlumata əsasən, göstərilən dövr ərzində ölkə miqyasında 1.1 milyon ölüm faktı qeydə alınıb.

Beləliklə də, 2021-ci ilin ilk yarısında Rusiyada əhalinin təbii azalması 421.9 min nəfər təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövründə təbii azalma 265.5 mın nəfər olub. //oxu.az



REKLAM