Rusiyada yalnız bu regionda koronavirus yoxdur – Türk diyarı…
Rusiyanın daha iki regionunda – Çukot və Nen muxtar dairələrində koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Beləliklə, Altay Respublikası Rusiyada COVID-19 virusuna yoluxma hadisəsinin qeydə alınmadığı yeganə bölgə olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Russia Today” koronavirusla mübarizə üzrə operativ qərargahının məlumatına istinadən xəbər yayıb.
Qeyd edək ki, Rusiyada koronavirus infeksiyasına ümumilikdə 24 490 yoluxma faktı qeydə alınıb. Son sutka ərzində ölkədə daha 3388 nəfərdə virus aşkarlanıb, 28 nəfər COVID-19 nəticəsində vəfat edib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 198 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı 1986 nəfərdir. Vurusa yoluxanların sayına görə paytaxt Moskva liderlik edir.