Şəfalı əllər
![]()
Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə peşəkar həkim dermatoloq Pərvanə Bəndad "Şəfalı əllər"nominasiyasının diplomuna layiq görülüb.
Xatırladırıq ki,Pərvanə İsfəndiyar qızı Bəndad 1963-cü ildə Bakı şəhərində anadan olub.1987-ci ildə ATU-nin müalicə işi fakultəsini bitirib.Bir müddət Türkiyədə fəaliyyət göstərib.2013-cü ildən isə,21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışır.