sehiyye.info

Ilin həkimi

Ilin həkimi
Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə peşəkar həkim Mama-ginekoloq Dr. Xoşqədəm Turabova "İlin həkimi"adına layiq görülüb.
Xatırladırıq ki,Turabova Xoşqədəm Sabir qızı 1972-ci ildə anadan olub.1989-1996 cı illərdə ATU-ndə təhsil alıb.
2000, 2005, 2007-ci illərdə Moskva şəhərində mamalıq və ginekologiya kurslarında iştirak edib.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mamalıq-ginekologiya kurslarında iştirak edib.
1995-ci ildə Şamama Əliyeva adına 5 nömrəli Doğum evində mama-ginekologiya ixtisası üzrə işləmiş, bir neçə ildən sonra Gəncə baza qadın xəstəxanasında mama-ginekoloq vəzifəsində çalışıb.Daha sonra ixtisası üzrə 3 nömrəli Klinik Xəstəxanada çalışıb.
2011-ci ildən indiyə qədər Bakı Dəmiryol Xəstəxanasında mama-ginekoloq vəzifəsində çalışır.Peşəkar həkim olaraq yüzlərlə körpənin dünyaya gəlməsi,eləcə də ana və uşağın sağlam olması üçün fədakarcasına çalışan həkimlərdəndir.
Tel:( 055) 763 60 50



REKLAM