sehiyye.info

18+ Qadınlarda göbələk xəstəliyi - KİŞİYƏ keçərmi?

18+ Qadınlarda göbələk xəstəliyi - KİŞİYƏ keçərmi?
Vaginal kandidoz – uşaqlığın selikli qişasının mayayabənzər Candida göbələkləri ilə kolonizasiyası nəticəsində yaranır. Kəskin mərhələdə – xarici cinsiyyət orqanında qızartı, ödem və qaşınma; uşaqlıq yolunda ağrı, göynəmə və qaşınma; cinsi yollardan axan xeyli miqdarda, kəsmiyəbənzər ifrazat; xroniki mərhələdə – selikli qişanın quruluğu və atrofiyası, ekskoriasiya, ifadəli lixenizasiya müşahidə olunur. Vaginal kandidozun diaqnozu klinik şəkil, mikroskopik və kultural müayinələrin əsasında qoyulur. Müalicə sistem və yerli təsirli antimikoz vasitələr, polivitaminlər, immunostimulyatorlar təyin etməklə aparılır.



REKLAM